Doğum gününüz mübarək, Cənab Prezidentimiz!

Doğum gününüz mübarək, Cənab Prezidentimiz!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevə.

          Astara Pedaqoji Kollecinin kollektivinin müraciəti.

          Hörmətli Cənab Prezidentimiz, Zati Aliləri !

          Bu il Sizin yubileyinizdir.

         Siz, Azərbaycan Respublikasının Prezidenti seçilən gündən həyatınızın mənasını Azərbaycanın çiçəklənməsində, iqtisadiyyatının möhkəmlənməsində, ordumuzun güclənməsində, vətənimizin dünya siyasi xəritəsində layiqli yer tutmasında görmüsünüz və görürsünüz. Harada olmağınızdan, hansı tədbirdə iştirak etməyinizdən asılı olmayaraq Siz çıxışlarınızın bir hissəsini, bəzən də hamısını Azərbaycan torpaqlarının düşmən işğalından azad ediləcəyinə, torpaqlarımızın bərpa olunacağına həsr etmisiniz, qətiyyətli siyasi mövqeyinizi elan etməkdən çəkinməmisiniz. Sizin cəsarətli çıxışlarınız, ölkədə aparılan geniş miqyaslı quruculuq işləri, nəhəng sənaye infrastrukturları və güclü ordu yaratmağınız sayəsində güclü dövlət qurduq.

          Sizin çıxışlarınızdan ruhlanan Azərbaycan xalqı bir an belə torpaqlarımızın azad olunmasından ümidini kəsmədi. Siz, Azərbaycan xalqına verdiyiniz sözü tutdunuz.

         Sizin qətiyyətli mövqeyinizin  nəticəsidir ki, 2020-ci ildə erməni  işğalında olan 16 min kv kilometrlik  Azərbaycanın əzəli və əbədi torpaqları azad edildi. Siz  bu  şərəfli günləri bizə yaşatdınız.  

         Azərbaycana verilən dəstək sizə  dəstəkdir, Cənab Prezidentimiz!

         Sizin dediyiniz kimi, Azərbaycan qalib dövlət, qalib xalqdır. Qürurlu və qalib xalq kimi tarixə düşdük və belə də yaşayacağıq.

         Siz həm döyüş meydanında zəfər çaldınız, həm də  çoxsaylı müsahibələriniz ilə siyasi səhnədə lider olduğunuzu hamıya sübut etdiniz. Dünya siyasətçiləri Sizi dəstəkləməyə məcbur oldular.

        Torpaqlarımızı azad etməklə elə böyük qəhrəmanlıq etmisiniz ki, onu sözlə ifadə etmək mümkün deyil. Sizə nə qədər xoş sözlər desək də  azdır.

        Möhtərəm cənab prezidentimiz, Astara Pedaqoji Kollecinin kollektivi zəfərlərlə dolu yubileyinizi səmimi qəlbdən təbrik edir, sizə və ailənizə can sağlığı arzulayır !

       Fürsətdən istifadə edib Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edirik.

      Zəfərləriniz bol olsun, Cənab Prezidentimiz !

     Sizə böyük hörmət və ehtiramla,

      Astara Pedaqoji Kollecinin kollektivi adından kollecin direktoru Ağababa İbrahimov.