Direktor

 

İbrahimov Ağababa Bayram oğlu 17 fevral 1957-ci ildə Babək rayonunun Sirab kəndində müəllim ailəsində anadan olmuşdur. 1964-cü ildə Sirab kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1972-ci ildə Bakı şəhərindəki 1№-li fizika-riyaziyyat təmayüllü internat məktəbinin 9-cu sinfinə daxil olub. Həmin məktəbi 1974-cü ildə bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə qəbul olmuşdur. 1979-cu ildə Universiteti bitirib, təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda əmək fəaliyyətinə başlamışdır.

1990-cı ilin sentyabrında Nərimanov rayonu 43 saylı “İstedadlar” məktəbinə direktor, 1993-cü ilin yanvarında isə Bağça-məktəb-lisey kompleksinin direktoru təyin olunmuşdur. 06 dekabr 2001-ci il tarixindən Nərimanov Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 23 fevral 2004-cü il tarixindən Təhsil Nazirliyinin Tərbiyə və məktəbənkənar müəssisələrlə iş şöbəsinin müdiri, 28 dekabr 2013-cü il tarixindən təhsil nazirinin müşaviri vəzifəsində işləmişdir. 25 avqust 2015-ci il tarixindən 11 iyul 2016-cı il tarixinədək Goranboy Rayon Təhsil Şöbəsinin müdir müavini vəzifəsində işləmişdir. Fizika-riyaziyyat elmləri namizədidir. Dövlət qulluğunun müşaviridir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci ildən 2004-cü ilədək Yeni Azərbaycan Partiyasının Ağa Neymətulla küçəsi, 23 A ünvanında yerləşən ilk təşkilatının sədri olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4oktyabr tarixli, 1034 №-li Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərimə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11/70 nömrəli, 17 fevral 2007-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

2015-ci ildə Strateji Araşdırmalar və Dövlət Müdafiəsi İdarəetmə Akademik Kursunu bitirmişdir.

Ümumtəhsil məktəblərinin 7, 8, 9-cu sinif cəbr, 10, 11-ci sinif cəbr və analizin başlanğıcı dərsliklərinin, bir sıra dərs vəsaitləri və metodiki vəsaitlərin müəllifidir.

2017 –ci ilin fevralın 1-dən Astara Pedaqoji Kollecin direktoru vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir. İki övladı və bir nəvəsi var.