Təbiət və texniki şöbə

Şabanov Şükran Əmənulla oğlu 1972-ci il yanvarın 6-da Astara rayonu Vaqo kəndində fəhlə ailəsində anadan olmuşdur.

1979-cu ildə S.Vurğun adına Təngərüd orta məktəbin I sinfinə qəbul olmuşdur.

1989-cu ildə həmin məktəbin X sinfini bitirmişdir.

1992-ci ildə Lənkəran Dövlət Universitetinin Tarix (qiyabi) fakültəsinə qəbul olmuşdur.

1998-ci ildə həmin universitetin Tarixçi,tarix müəllimliyi ixtisasını bitirmişdir.

1995-ci ildən ixtisası üzrə Şağlazüzə kənd orta məktəbində müəllim işləmişdir.

2005- ci ildən Astara Pedaqoji Kollecində tarix müəllimi işləyir və həmin ildən Tədris hissə müdiri vəzifəsində çalışmışdır.

2021-ci ildə «Təbiət və texniki» şöbə müdiri vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir,  2 övladı var.