Pedaqoji şöbə

Pedaqoji şöbə

Babayeva Hümra Arif qızı 1988- ci il iyul ayının 12-də Bakı şəhərində anadan olmuşdur.

1995-ci ildə 285 nömrəli tam orta məktəbin I sinfinə qəbul olunmuş və 2006-cı ildə bitirmişdir.

2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Pedaqoji» fakultəsinin  «İbtidai təhsilin pedaqogikası və metodikası» ixtisasına daxil olmuş və 2011-ci ildə həmin fakultəni bitirmişdir.

2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Pedaqogika nəzəriyyəsi və tarixi» ixtisasına daxil olmuş və 2013-cü ildə «Təlim metodlarının retrospektiv təhlili» adlı dissertasiya mövzusunu müdafiə edərək magistr dərəcəsini almışdır.

2014-cü ildə Astara Pedaqoji Kollecində pedaqogika müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır.

2020-ci il  2 mart tarixindən Astara Pedaqoji Kollecində «Metodist» vəzifəsinə təyin olunmuşdur.

2021-ci ildə “Pedaqoji şöbə” müdiri vəzifəsində çalışmağa başlamışdır.

Ailəlidir,  2 övladı var.