Baş mühasib

Baş mühasib

Quliyev Samir Yalçın oğlu 09 sentyabr 1995-ci ildə Astara şəhərində anadan olmuşdur.

Orta təhsilini 2001-2012-ci illərdə Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbində oxumuşdur. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakultəsinə qəbul olmuş və həmin fakultəni 2016-cı ildə bitirmişdir.

Əmək fəaliyyətinə 2019-cu ilin 01 may tarixindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan 15 saylı ərazi Maliyyyə Hesablaşma Mərkəzində Kargüzar-Kadrlar üzrə mütəxəssis vəzifəsində başlamışdır. 2020-ci il tarixdən həmin müəssisədə mühasib vəzifəsinə təyin olunmuş, daha sonra isə 2022-ci il noyabr ayından Lənkran-Astara Regional Təhsil İdarəsində Astara rayonu üzrə Mərkəzləşdirilmiş mühasibatlığın böyük mühasibi vəzifəsinə təyin olunmuşdur.

06 iyun 2023-cü il tarixdən Astara Pedaqoji Kollecində baş mühasib vəzifəsində çalışır. 

2021-ci il noyabr ayında Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi Dövlət qulluğu üzrə imtahanda iştirak edərək BB3 sertifikatı əldə etmişdir.

2024-cü ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən İctimai Sektor Üzrə Peşəkar Mühasib Sertifikatı imtahanında uğur əldə edərək II səviyyə peşəkar mühasib sertifikatı əldə etmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. 

Ailəlidir, 1 övladı var