Maliyyə və informasiya şöbəsi

Fərəcova Nuranə Rufulla qızı 1976 cı ildə Astara rayonunda anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakultəsinə daxil olaraq, 1997 -ci  ildə oranı bitirmişdir.

1997 –ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin göndərişi ilə Astara rayonu Artupa kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir.

1998-ci ildə Astara rayonu Səncərədi kənd orta məktəbinə öz ərizəsi ilə köçürülmüşdür.

2000-ci ildə Astara Pedaqoji Texnikumuna müəllim təyin edilmişdir.

2005 –ci ildə ailə vəziyyəti ilə əlaqədar Astara Pedaqoji Texnikumundan azad olunaraq Ağdam rayonu Mahrızlı kənd orta məktəbinə əvvəlcə riyaziyyat müəllimi, 2006-cı ildə isə həmin məktəbin tədris işləri üzrə direktor müavini  təyin olunmuşdur.

2007 – ci ildə  Gəncə Musiqi Texnikumuna riyaziyyat müəllimi təyin olunmuşdur.

2011-ci ildə Astara Pedaqoji Kollecinə əvvəlcə  riyaziyyat müəllimi, sonra isə kollecin metodisti təyin edilmişdir.

2014-cü ildən əvvəlcə kollecin qiyabi şöbə müdiri, 2017-ci ildən kollecin əyani şöbə müdiri vəzifəsində təyin edilmişdir.

Hal –hazırda kollecin “Maliyyə və informasiya” şöbəsinin müdiridir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

İkinci Qarabağ müharibəsinin qəhrəman şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Fərəcov Kamran Qılman oğlunun həyat yoldaşıdır və iki övladı var.