Tədris işləri üzrə direktor müavini.
Yusif Əzim oğlu Şahnamazov 1979-cu il iyul ayının 23-də Astara rayonun Vaqo kəndində ziyalı ailəsində anadan olmuşdur.
1997-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakultəsinə daxil olmuş və 2001-ci ildə həmin Universitetin “Coğrafiya”ixtisası üzrə bakalavr dərəcəsini almışdır.
2005-ci ildə Lənkərən dövlət Universitetinin “Təbiətdən istifadə və təbiəti mühafizə “ixtisasına magistraturaya daxil olmuş və 2007 –ci ildə həmin Universitetin “Təbiətdən istifadə və təbiəti mühafizə“ ixtisası üzrə magist dərəcəsi almışdır.
2002-2008-ci illərdə Astara rayonu Şağlazüzə kənd orta məktəbində Coğrafiya müəllimi kimi fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2014-cü il tarixli 931 nömrəli sərəncamı ilə 2013-2014-cü ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 05 oktyabr 2015-ci il tarixli 11/1013 nömrəli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
2008-2016 ci illərdə Astara rayon Vaqo kənd tam orta məktəbində təlim–tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2016-cı ildə Təhsil Nazirliyinin əmri ilə Astara rayon Şüvi kənd tam orta məktəbinə direktor təyin olunmuşdur.
2016-ci ilin noyabr ayında Təhsil Nazirliyin əmri ilə Astara Pedaqoji Kollecin Tədris işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda həmin vəzifədə işləyir. Bir neçə elmi məqalənin müəllifdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir .Üç övladı var.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini.
Hüseynova Arzu Cəbrayıl qızı 1971 –ci ildə iyulun 29-da Astara şəhərində anadan olmuşdur.
1990 –cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitenin Filologiya fakultəsinə daxil olmuşdur. 1995-ci ildə həmin universitetin Filologiya fakultəsini bitirmişdir.
1995-ci ildə Astara şəhər 3 saylı orta məktəbdə təyinat üzrə pedaqoji fəaliyyətə başlamışdır.
2003–cü ildən Astara Pedaqoji Kollecində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.
2017-c ildə Astara Pedaqoji Kollecində «Sosial məsələlər və ictimaiyyətlə əlaqələr» üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda həmin vəzifədə çalışır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir iki övladı var.
İnzibati təsərrüfat işləri üzrə direktor müavini.

Baxşiyev Elçin İlyas oğlu 1990-cı il mart ayının 15 -də Astara rayonu Kijəbə qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur.
2008-ci ildə Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin Mühasibat uçotu və audit fakultəsinə daxil olmuş və 2011-ci ildə həmin kollecin “Mühasib-iqtisatçı” ixtisasını almışdır.
3 iyul 2018-ci ildə Astara Pedaqoji Kollecinə “İnzibati təsərrüfat işləri üzrə direktor müavini” vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda həmin vəzifədə çalışır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. iki övladı var.