Astara Pedaqoji Kollecində 28 May— Müstəqillik günü münasibətilə ilə bayram tədbiri

Astara Pedaqoji Kollecində 28 May— Müstəqillik günü münasibətilə ilə bayram tədbiri
26 may 2026-cı il tarixində Astara Pedaqoji Kollecində 28 May— Müstəqillik günü münasibətilə ilə bayram tədbiri keçirilib.
Tədbirdə müstəqilliyimizin qorunması üçün canından keçən şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsiini bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səslənib.
Kollecimizin direktoru, filologiya elmlər doktoru Kamran Kazımov tədbir iştirakçılarını salamlayaraq bayram münasibətilə təbrik edib və bildirdi ki, Azərbaycan Respublikasının müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutmuşdur. Ümummilli Lider Heydər Əliyevin dühası və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində tamamilə yeni, qüdrətli bir mərhələyə qədəm qoyub. Artıq neçə ildir ki, biz bu müqəddəs bayramı suverenliyi tam bərpa olunmuş, üçrəngli bayrağı Qarabağda və Şərqi Zəngəzurda əbədi dalğalanan bütöv bir Azərbaycanda qeyd edirik. Dövlətimizin gücü, xalqımızın birliyi və vətənpərvər gəncliyimizin yetişməsi hər birimiz üçün böyük fəxr mənbəyidir. Gənc nəslin milli ruhda, dövlətə və vətənə bağlı şəkildə formalaşmasında təhsil müəssisələrinin və müəllimlərin üzərinə mühüm məsuliyyət düşür. Sizlərin əməyi sayəsində savadlı, milli dəyərlərə bağlı və gələcəyə inamla baxan gənclər yetişir.
Çıxış edənlər— Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatı ictimai birliyi Astara rayon təşilatının sədri, kollecimizin İctimai Şura sədri Rafiq Əliyev, Lənkəran Astara Regional Mədəniyyət Mərkəzinin Astara rayon üzrə nümayəndəsi Anar Kəkəyev qeyd etdilər ki, bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir. Çünki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin layiqli yetirməsi, yaratdığı siyasi kursun davamçısı, müstəqilliyimizin təminatçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində bunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində irəliləyəcəkdir.
Sonra tədbir rəngarəng musiqili proqramı ilə davam etdi.
Tədbirdə kolleclə Astara rayon Mədəniyyət Mərkəzinin solistləri Emil Tağıyev, Rövşən Cabbarov, Elvin Məlikovun çıxışları maraqla qarşılandı. nəğməli qonaqlarının fəal iştirakı tədbirə rəng qatdı.