Tədris işləri üzrə direktor müavini

Məmmədova Fatimə Aydın qızı 23 yanvar 1981 ci ildə Bakı şəhərində anadan olmuşdur.
1987/1997-ci illərdə Bakı şəhərində Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 110 saylı orta ümumtəhsil məktəbdə oxumuşdur.
1998/2002-ci illərdə Bakı Slavyan Universitetində Filologiya Fakültəsi, Rus dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil almışdır.
2018/2020-ci illərdə “Hədəf” liseyində və “Hədəf” kursunda rus dili müəllimi və sinif rəhbəri olaraq, 2020/2024 – cü illərdə “Prestije-S” kursunda həm abituriyent və magistr hazırlığı üzrə, həm də filial müdiri vəzifəsində çalışmışdır.
2021 – ci ildən 2026 – cı ilədək eyni zamanda Bakı İstanbul Liseyində rus dili və ədəbiyyat müəllimi olaraq (bütün bölmələrdə) dərs demişdir.
2022-2026-cı ilədə Bakı şəhəri Mehdiabad qəsəbəsi 3 saylı orta məktəbdə çalışmışdır.
2025/2026 – cı illərdə “Venta Təlim Tədris və İşlə Təmin Mərkəzində” təlimçi olaraq fəaliyyət göstərmişdir.
2023-cü ildən Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “İnzibati Idarəetmə” fakultəsində Menecment ixtisası üzrə təhsil alır. Hal hazırda 5-ci kurs tələbəsidir.
2026-cı ildə Astara Pedaqoji Kollecində “Tədris işləri üzrə direktor müavini” vəzifəsinə təyin olunmuşdur. Hal hazırda həmin vəzifədə çalışır.
İki övladı var.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini.
Hüseynova Arzu Cəbrayıl qızı 1971 –ci ildə iyulun 29-da Astara şəhərində anadan olmuşdur.
1990 –cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitenin Filologiya fakultəsinə daxil olmuşdur. 1995-ci ildə həmin universitetin Filologiya fakultəsini bitirmişdir.
1995-ci ildə Astara şəhər 3 saylı orta məktəbdə təyinat üzrə pedaqoji fəaliyyətə başlamışdır.
2003–cü ildən Astara Pedaqoji Kollecində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.
2015-ci ildə Astara Pedaqoji Kollecində “İbtidai sinif müəllimliyi” şöbəsinin müdiri vəzifəsiinə təyin olunmuşdur.
2017-c ildə Astara Pedaqoji Kollecində “Sosial məsələlər və ictimaiyyətlə əlaqələr” üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda həmin vəzifədə çalışır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir iki övladı var.
İnzibati təsərrüfat işləri üzrə direktor müavini.

Baxşiyev Elçin İlyas oğlu 1990-cı il mart ayının 15 -də Astara rayonu Kijəbə qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur.
2006-cı ildə Astara rayon N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbin XI sinfini bitirmişdir.
2008-ci ildə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin Mühasibat uçotu və audit fakultəsinə daxil olmuş və 2011-ci ildə həmin kollecin “Mühasib-iqtisatçı” ixtisasını almışdır.
01 fevral 2010-cu ildən 30 iyun 2017-ci il tarixədək Astara rayon S.Yusifov adına Qəcimardə kənd ümumi orta məktəbində İKT üzrə laborant vəzifəsində çalışmışdır.
Həmin vaxtdan 2018-ci ilədək Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Azərbaycan Respublika Komitəsinin Astara Rayon Komitəsində mühasib vəzifəsində çalışmışdır.
3 iyul 2018-ci ildə Astara Pedaqoji Kollecinə “İnzibati təsərrüfat işləri üzrə direktor müavini” vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda həmin vəzifədə çalışır.
2013-cü ildə “Mədət Azərbaycan”MMC tərəfindən təşkil edilimiş “Milli Təhsil Məlumat Bazası” təlimi üzrə “Təlimçi Təlimi”ni müvəffəqiyyətlə bitirdiyinə görə sertifikatla təltif edilmişdir.
2021-ci ildə “Virtual Məktəb” layihəsinin həyata keçirilməsində səmərəli fəaliyyətinə,müəllim və şagirdlərə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi: Vüsal Xanlarov tərəfindən təltif edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, üç övladı var.

