Tədris hissə müdiri

Tədris hissə müdiri

      Əliyeva Sevər Eynəli qızı 14 noyabr 1978-ci ildə Lənkəran şəhərində anadan olub. Orta təhsilini 1984/1995-cı illərdə Lənkəran şəhəri  Vaqif Əliyev adına 4 saylı HTML –in rus bölməsini bitirib.
      1996/2001-ci illərdə Lənkəran Dövlət Universitetinin Humanitar fakültəsində ingilis dili və ədəbiyyat ixtisası üzrə təhsil alıb.
      2000-ci ildə Bakı şəhəri Bakıxanov  qəsəbəsi, İcra Hakimiyyəti nəzdində,Vergilər Departamentinin “Şərq” filialında köməkçi, 2001/2002- ci illərdə, Bakı şəhəri, Orucoğlu MMC – də Mühasib köməkçisi, 2004/2014-cü illərdə Bakı şəhəri Azərbaycan Dillər Universitetində  Magistratura şöbəsində və Kurikulum və Keyfiyyətə nəzarət Departamentində – inspektor vəzifəsində çalışıb.
      2014/2015-ci illərdə Lerik rayonu Piran kənd tam orta məktəbində ingilis dili müəllimi işləyib.
      2016/2024-cü illərdə Lənkəran Dövlət Universitetinin Xarici Dillər və Tərcümə kafedrasında İngilis dili müəllimi vəzifəsində çalışıb.
      Hal-hazırda LDU-nun doktorantıdır. 15 sentyabr 2025-ci ilində Astara Pedaqoji Kollecinin PHŞ-də İngilis dili müəllimi vəzifəsində işləyir. 2 fevral  2026-cı ildə Astara Pedaqoji Kollecinin PHŞ-də Tədris hissə müdiri vəzifəsində çalışır.