Mahmudov Zamiq Elçin oğlu 23 Fevral 1983-cü ildə Azərbaycan Respublikası, Astara rayonun Təngərüd kəndində ziyalı ailəsində anadan olmuşdur.
1 sentyabr 1989-cu ildə Astara rayonun Səməd Vurğun adına orta məktəbin I sinfinə getmiş, 2000-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir.
18 aprel 2001-ci ildən 5 oktyabr 2002-ci il tarixinə kimi Azərbaycan Respublikasının Milli ordusunda xidmət etmiş və hərbi xidmətdə çavuş rütbəsini almışdır.
08 avqust 2003-cü il tarixində Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakultəsinə daxil olmuş və İyun 2008-ci il tarixində həmin Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakultəsinin tam kursunu bitirərək bakalavr dərəcəsini almışdır.
15 sentyabr 2008-ci ildə Astara Pedaqoji Kollecində riyaziyyat müəllimi kimi fəaliyyət başlamışdır.
10 mart 2012-ci il tarixində Azərbaycan Müəllimlər İnstitutunda 2 aylıq İxtisas artırma kursunda olmuşdur. 15 aprel 2014-cü il tarixində Azərbaycan Dövlət İqtisadiyyat Universitetində orta ixtisas təhsil müəssisələri üçün 2 aylıq Tyutor hazırlıq kursunda iştirak edib və fərqlənmə Sertifikatı ilə təltif olunmuşdur.
16 sentyabr 2016-cı ildə Astara Pedaqoji Kollecinin “Texnologiya” şöbəsinə müdir təyin olunmuşdur.
22 fevral 2017-ci ildə Kollecin “Qeydiyyat, qiymətləndirmə və monitorinq” bölməsinin müdiri vəzifəsinə təyin olunmuşdur.