Astara Pedaqoji Kollecində Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir

Astara Pedaqoji Kollecində Görkəmli oftalmoloq-alim, akademik  Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir
28 aprel 2026-cı il tarixində Astara Pedaqoji Kollecində YAP Astara rayon təşkilatının və Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbiri giriş sözü ilə kollecin direktoru, professor Kamran Kazımov açaraq, Zərifə Əliyevanın Azərbaycan elminə, xüsusilə oftalmologiya sahəsinə verdiyi töhfələrdən, onun humanizmə və insanlara xidmətə əsaslanan zəngin həyat yolundan bəhs edib. Qeyd olunub ki, akademikin fəaliyyəti bu gün də gənc nəsil üçün örnəkdir və onun irsi daim ehtiramla yad olunur.
Çıxış edənlər— Sosial və aqrar-turizm şöbəsinin müdiri Aygün Səfərova, Həmkarlar təşkilatının sədri Elçin Mahmudov Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edərək onun əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıblar..
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra proqram kollec həyətində bayram əhval-ruhiyyəsi ilə davam etdirilib.
Görkəmli alimin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirin qeyri-rəsmi hissəsində iştirakçılar üçün müxtəlif fəaliyyətlər təşkil olunub. Belə ki, tələbə və müəllim heyətinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib, ətraf mühitin qorunması və yaşıllaşdırma istiqamətində mühüm addım atılıb. Bununla yanaşı, tələbələrin hazırladığı rəngarəng rəqs nömrələri tədbirə xüsusi ab-hava qataraq iştirakçılarda xoş ovqat yaradıb.
Həyətdə təşkil olunan sərgidə isə tələbələrin əl işləri, rəsm nümunələri və müxtəlif yaradıcılıq məhsulları nümayiş etdirilib. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və gənclərin istedadının nümayişi baxımından əhəmiyyətli olub.
Sonda keçirilən silsilə tədbirlər çərçivəsində fərqlənən iştirakçılar diplomlarla təltif olunublar.

https://www.facebook.com/100059320719102/videos/pcb.1615174420469900/1003331669042478

https://www.facebook.com/100059320719102/videos/pcb.1615174420469900/1592667568488107