Kollecdə 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sеssiyаsına start verilib

Kollecdə 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sеssiyаsına start verilib
06 yanvar 2026-cı il tarixində Astara Pedaqoji Kollecində 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sеssiyаsına start verilib. Imtahandan əvvəl Kollecin direktoru, professor Kamran Kazımov imtahan keçirən auditoriyalarda tələbələrlə görüşüb və onlara uğurlar arzulayıb.
Məlumat üçün bildirək ki, Ali və orta ixtisas müəssisələrində payız imtahan sessiyasını təşkil etmək məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmrinə əsasən 17 dekabr 2025-ci il tarixli əmrlə kollec üzrə payız semestrinin imtahan sessiyası 29.12.2025-ci il tarixindən 31.01.2026-cı tarixinədək keçirilməsi nəzərdə tutulmuşdur.
Qeyd edək ki. Astara Pedaqoji Kolleci Azərbaycan kollecləri arasında bir ilkə imza ataraq tələbələrə kollokvium vaxtlarını şəxsi kabinetləri vasitəsilə sərbəst seçmək imkanı təqdim edir. Bu sistem imtahanların keçirilməsində də tətbiq olunur. Yeni sistem vasitəsilə tələbələr hər bir fənn üzrə imtahan tarixlərini özləri müəyyən edə bilir və bu prosesi ekollec.az şəxsi kabinetləri üzərindən rahat şəkildə idarə edirlər. Bu yanaşma tələbəyə seçimi və vaxtını planlamaqda daha çox sərbəstlik qazandırır. Ənənivi sistemdə rast gəlinən bir çox çətinliklər –otaqların uyğunlaşdırılması,tələbələrin bir qrupdan digərinə daşınması, biletin əl ilə yazılması, yoxlanılması kimi vaxt aparan proseslər artiq aradan qaldırılıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmrinə əsasən kollecdə Operativ Qərargah, imtahanın təşklində və gedişatında tələbələrin biliyinin qiymətləndirilməsində şəffаflığı, оbyеktivliyi təmin еtmək, yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədi ilə Apellyasiya komissiyası yaradılmışdır. Daha bir yenilik isə Apellyasiya komissiyasına ərizələr onlayn şəkildə olacaqdır.
Qeyd edək ki, imtahan nəticələri mütəmadi olaraq Kollecin (ekollec.az/login) səhifəsində yerləşdiriləcək.