Kollecdə 8 Noyabr —Zəfər Gününə həsr olunmuş “44 günlük müharibənin hər bir günü Qələbə, Zəfər günüdür” adlı bədii- musiqili tədbir

Kollecdə 8 Noyabr —Zəfər Gününə həsr olunmuş “44 günlük müharibənin hər bir günü Qələbə, Zəfər günüdür” adlı  bədii- musiqili tədbir
Kollecdə 8 Noyabr —Zəfər Gününə həsr olunmuş “44 günlük müharibənin hər bir günü Qələbə, Zəfər günüdür” adlı bədii- musiqili tədbir keçirildi.
7 noyabr 2025-cü il tarixində Astara Pedaqoji Kollecində Yeni Azərbaycan Partiyasının Astara Rayon Təşkilatının və Astara Pedaqoji Kollecinin təşkilatçılığı ilə 8 Noyabr -Zəfər Gününə həsr olunmuş “44 günlük müharibənin hər bir günü Qələbə, Zəfər günüdür” adlı bədii -musiqili tədbir keçirildi.
Tədbirdə öncə Zəfər Tarixini yazan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səslənildi.
Tədbiri giriş sözü ilə açan Astara Pedaqoji Kollecinin direktoru, professor, Şəhid atası Kamran Kazımov Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək qeyd etdi ki, Zəfər Günü – xalqımızın sarsılmaz iradəsinin, milli birliyimizin və Ali Baş Komandan, Müzəffər Ordumuzun qəhrəmanlığının təntənəsidir. Bu qələbə sayəsində illərlə həsrətində olduğumuz torpaqlarımız azadlığa qovuşdu, Azərbaycan xalqının qüruru bərpa olundu.
Yeni Azərbaycan Partiyasının Astara Rayon Təşkilatının sədri Həbib Cəfərov çıxış edərək vurğuladı ki, bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
Tədbir rəngarəng musiqi nömrələri ilə davam etdi. Tədbirdə Astara Pedaqoji Kollecinin tələbələri “Qida məhsullarının təhlükəsizliyi” ixtisasının I kurs tələbəsi Günay Qurbanova “Tarixi zəfər”, Maliyyə işi ixtisasnın I kurs tələbəsi Hüseynova Sədaqət “Həsrət bitdi, Qarabağ”şeirini söylədilər, kollecin qızlardan ibarət rəqs qrupu rəqs nömrəsi ilə çıxış etdilər.
Tədbirə dəvət olunan musiqili qonaqlar— Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin “Babalar” xor kollektivi, Qəni Vəliyev adına Lənkəran Mədəniyyət mərkəzinin solistləri Vüsal Bağırov “Yaşa mənim xalqım”, Mətanət Babayeva “Yaşa, yaşa Azərbaycan”, Elnarə Abdullayeva “Azərbaycan əsgəri” mahnılarını ifa etdilər. O. Kazimi adına Astara Uşaq Musiqi Məktəbinin müəllimlərdən ibarət xalq çalğı alətləri ansamblının müşaiyəti ilə
“Qarabağ” mahnısını O.Kazımi adına Astara Uşaq musiqi məktəbinin 5-ci sinif şagirdi Ruslan Əsgərov, “Azərbaycan sənsən mənim” mahnısını O.Kazımi adına Astara Uşaq musiqi məktəbinin 4-cü sinif şagirdi Xədicə Məhərrəmova, “Şuşanın dağları” mahnısını O.Kazımi adına Astara Uşaq musiqi məktəbinin müəllimi Elyana Məmmədova O.Kazımi adına Astara Uşaq Musiqi Məktəbinin müəllim Elyana Məmmədova və şagirdləri “Aərbaycanım” adlı kompozisiyasını ifa edərək tədbirə rəngarənglik qatdılar.
Tədbirdə Zəfər Tariximizi yazan Şəhidlərimizin əmanətləri- Mayor Kamran Fərəcovun qızları Dəniz və Şəms, Baş Leytenant Vüsal Kazımovun qızı Aynur, Çavuş Nurlan Rəhimovun qızı Səidə və Çavuş Arif Qeybiyevin qızı Gülnur “Mənim atam qəhrəmandır” mahnısını ifa edərək tədbiri kövrək, amma qururverici notlarla bitirdilər.
Kollecdə Zəfər Gününə həsr olunmuş Futzal yarışının qalib komandası kubokla təltif olundu.