Kollecdə Gənclər Günü qeyd edildi.
2 fevral 2026-cı il tarixində Astara Pedaqoji Kollecində 2 Fevral—Gənclər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru, professor Kamran Kazımov Gənclər Günü münasibətilə gəncləri təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. Çıxışında onu da vurğulayıb ki, 2 Fevral Gənclər Günü Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə keçirilmiş Azərbaycan Gənclərinin Birinci Forumunun keçirilməsi ilə bağlıdır və həmin tarixdən etibarən rəsmi bayram kimi qeyd olunur. Ulu Öndər tərəfindən bu sahədə dövlət siyasətinin uğurla həyata keçirilməsi ilə bağlı zəruri qanunvericilik bazasının formalaşdırılması da təmin edilib. Qəbul edilmiş qanunlar, dövlət proqramları gənc nəslin hərtərəfli formalaşmasına, həm mənəvi, həm də ideoloji cəhətdən mütəşəkkil formada yetişməsinə böyük təsir göstərdi.
Daha sonrakı illərdə Prezident İlham Əliyev gənclər siyasətini ən yüksək səviyyədə davam etdirilməklə dünyaya örnək ola biləcək bir gənclik təqdim etdi. Həyata keçirilən dövlət gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafının, onların cəmiyyətdə fəal iştirakının təmin olunmasında mühum rol oynadı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəmanlıq salnaməsi yazmış Azərbaycan gəncləri qüdrətini təkcə işğalçılara deyil, dünyaya nümayiş etdirən qalib gənclik statusu qazanıb. Əminik ki, bu statusu ilə dünyaya örnək olan gənclərimiz Prezident İlham Əliyevin liderliyi ilə daha böyük uğurlar qazanacaq və dövlətimizin qüdrəti ilə hər birimizi sevindirməyə davam edəcəklər.
Çıxış edənlər— kollecin İngilis dili müəllimi Nəzrin Ağamalızadə, Qida mühəndisliyi ixtisası üzrə fənn müəllimi Məmmədli Cavid, Tələbə Gənclər təşkilatının sədri Umud Həsənov qeyd etdilər ki, gənclərimizin milli-mənəvi dəyərlərə bağlılığı və müasir dünyaya açıq düşüncə tərzi Azərbaycanın gələcək inkişafının əsas təminatıdır. Dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti onların potensialının üzə çıxarılmasına, sağlam və fəal vətəndaş kimi formalaşmasına xidmət edir. Sonda gənclər tələbə-gənclərə göstərdiyi diqqət və qayğıya, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin bilik və bacarıqlarının inkişafı üçün yaratdığı əlverişli şəraitə görə kollec rəhbərliyinə
səmimi təşəkkürlərini bildirmişlər.
Gənclər Günü ilə bağlı videoçarx nümayiş olunmuşdur.
Sonda kollecin ictimai həyatında fəal iştirak edən gənclər direktor tərəfindən təşəkkürnamə ilə təltif olunmuşlar.



















