YAP Astara Rayon Təşkilatı, Astara Pedaqoji Kollecinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “44 günlük müharibənin hər bir günü Qələbə, Zəfər günüdür” mövzusunda dəyirmi masa

YAP Astara Rayon Təşkilatı, Astara Pedaqoji Kollecinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “44 günlük müharibənin hər bir günü Qələbə, Zəfər günüdür” mövzusunda dəyirmi masa
30 oktyabr 2025-ci il tarixində YAP Astara Rayon Təşkilatı, Astara Pedaqoji Kollecinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “44 günlük müharibənin hər bir günü Qələbə, Zəfər günüdür” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
Öncə tədbir iştirakçıları YAP Astara Rayon Təşkilatının foyesində olan Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər düzüblər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatının sədri Həbib Cəfərov tədbir iştirakçılarını müasir dövlətçilik tariximizin ən qürurverici hadisəsi – zirvə nöqtəsi olan və Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən şanlı Zəfərin 5-ci ildönümü münasibətilə salamlamaqdan böyük məmnunluq duyduğunu bildirib və vurğulayıb ki, Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasının, əzəli yurd yerlərinə əbədi qayıdışının hədsiz sevinc və qürurunu yaşamaqla 8 Noyabr – Zəfər Gününü böyük coşqu ilə qeyd edir. Zəfər bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib, bu Zəfəri bizə yaşadan, öz canından, qanından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımov məruzəsində qeyd edib ki, əlbəttə, bu tarixi Qələbə heç də asanlıqla qazanılmamış, möhtəşəm Zəfərə gedən yol olduqca çətin və keşməkeşli olmuşdur. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu hədəfə çatmaq üçün məqsədyönlü addımlar atılmış, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda məqsədyönlü işlər görülərək Azərbaycanı böyük Zəfərə aparan yolun əsası qoyulmuşdur. Bu gün iftixarla qeyd edirik ki, torpaqlarımız döyüş meydanında Ümummilli Lider Heydər Əliyevin siyasi varisi – Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olunmuşdur.
Tədbirdə çıxış edənlər –Rayon Ağsaqqallar şurasının sədri Natiq İbadov,
Astara Pedoqoji Kollecinin müəllimi Elçin Mahmudov,
Astara Magistral Qaz Kəmərləri Sahəsinin rəisi Rövşən Məstiyev ,
Astara Pedaqoji Kollecin müəllimi Nəzrin Ağamalızadə, Astara Rayon İcra Başçısı aparatının Ərazi İdarəetmə və Yerli idarəetmə Orqanlarıyla İş şöbəsinin müdiri Turan Həsənzadə xüsusi olaraq vurğulayıblar ki, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi müstəqillik illərində milli maraqlara əsaslanan qətiyyətli siyasətin məntiqi nəticəsidir.
Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına qəbul olanlara partiya bileti təqdim olunub.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.