Kollecdə təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı maarifləndirici sessiya keçirilib

Avtomatik qaralama

Kollecdə təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı maarifləndirici sessiya keçirilib.

Təhsil Tələbə Krediti Fondu regionlarda təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı məlumatlandırıcı sessiyalara start verib. Astara Pedaqoji Kollecinin Akt zalında təşkil edilən tədbirdə tələbələr, müəllimlər və müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Təhsil Tələbə Krediti Fondunun Sosial media üzrə baş mütəxəssisi Emin Şeydayev mövzu ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki, təhsil- tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması, əhatə dairəsinin genişləndirilməsidir. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə verilir, həmçinin Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, sosial və standart olmaqla iki növü mövcuddur. Güzəştli şərtlərlə verilən sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrdən olan tələbələr istifadə edə bilər. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlərin tətbiq olunuduğu, həmçinin tələbənin krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytaracağı diqqətə çatdırılıb.

Tədbir iştirakçıları təhsil tələbə kreditlərinin verilməsi, tələbə portalından istifadə qaydaları haqqında ətraflı təlimatlandırılıb, onlara kimlərin hansı hallarda, hansı şərtlər və güzəştlərlə tələbə kreditindən yararlana biləcəyi geniş izah edilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Kollecdə təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı maarifləndirici sessiya keçirilib Kollecdə təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı maarifləndirici sessiya keçirilib