Astara Pedaqoji Kollecində 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir

Astara Pedaqoji Kollecində 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir
3 oktyabr 2025-ci il tarixində Astara Pedaqoji Kollecində 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi.
Tədbirdə ilk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səslənildi.
Tədbiri giriş sözü ilə kollecin direktoru, fil.e.d. Kamran Kazımov açaraq pedaqoji kollektivi təbrik etdi, şərəfli peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələrdən danışdı, şərəfli və məsuliyyətli peşələrində uğurlar arzuladı. Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verdiyini vurğuladı.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Arzu Hüseynova çıxış edərək qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev bütün sahələrə diqqət və qayğı göstərirdi, amma onun üçün ən əsas xalqın ovqatı idi. Xalqın əhvali-ruhiyyəsini yaxşılaşdırmaq üçün bayramların keçirilməsinə xüsusi diqqət göstərirdi. Kollecdə xoş əhvali-ruhiyyənin daimi olmasını arzuladı və vurğuladı ki, 5 oktyabr Müəllim günü münasibətilə müəllimlər rəhbərlik tərəfindən pul mükafatı ilə mükafatlandırılmışdır.
Tədbir tələbələrin rəngarəng çıxışlarıı ilə davam etdi.