Astara Pedaqoji Kollecində Yeni Azərbaycan Partiya (YAP) Astara rayon təşkilatı, Astara Pedaqoji Kolleci və Lənkəran-Astara Təhsil İdarəsi Astara Təhsil Sektorunun təşkilatçılığı ilə 28 May Müstəqillik günü münasibətilə ilə bayram tədbiri

Astara Pedaqoji Kollecində  Yeni Azərbaycan Partiya (YAP) Astara rayon  təşkilatı, Astara Pedaqoji Kolleci  və Lənkəran-Astara Təhsil İdarəsi Astara Təhsil  Sektorunun  təşkilatçılığı ilə 28 May Müstəqillik günü münasibətilə ilə bayram tədbiri
27 may 2025-ci il tarixində Astara Pedaqoji Kollecində Yeni Azərbaycan Partiya (YAP) Astara rayon təşkilatı, Astara Pedaqoji Kolleci və Lənkəran-Astara Təhsil İdarəsi Astara Təhsil Sektorunun təşkilatçılığı ilə 28 May Müstəqillik günü münasibətilə ilə bayram tədbiri keçirilib.
Tədbirdə Ulu öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səslənib.
Kollecimizin direktoru, filologiya elmlər doktoru Kamran Kazımov tədbir iştirakçılarını salamlayaraq bayram münasibətilə təbrik edib və bildirdi ki, respublikamızda müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir, dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət yetirilir.
Dövlət başçısının yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində 2020-ci ilin payızında Azərbaycanın dövlətçilik qüdrəti tarixə yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazanaraq, xalqımızın 30 illik həsrətinə son qoydu. Ali Baş Komandanımızın siyasi iradəsi, qətiyyəti və sərkərdəlik qüdrəti sayəsində tarixi Zəfər qazanıldı. Yüz illər ötəcək, amma bu Zəfər tarixdən silinməyəcək.
2022-ci ilin avqust, sentyabr və 2023-cü ilin antiterror əməliyyatı ilə bağlı hadisələri də təsdiqlədi ki, İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan Ordusunun qüdrətidir. Güclü Azərbaycan Ordusu ölkəmizin dövlət müstəqilliyini qorumağa qadirdir.
Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov qeyd etdi ki, bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir. Çünki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin layiqli yetirməsi, yaratdığı siyasi kursun davamçısı, müstəqilliyimizin təminatçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində bunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində irəliləyəcəkdir.
Sonra tədbir rəngarəng musiqili proqramı ilə davam etdi.
Tədbirdə kolleclə Astara Musiqi Məktəbinin əməkdaşlığı maraqla qarşılandı. Astara Musiqi məktəbinin nəğməli qonaqlarının fəal iştirakı tədbirə rəng qatdı. Astara rayon 2 və 3 saylı Körpələr evinin böyük qrup uşaqları rəngarəng musiqi nömrələri ilə çıxış etdilər. Göstərilən dəstəyə görə həm Astara Musiqi məktəbinin rəhbərliyinə, həm də Körpələr evinin rəhbərliyinə təşəkkür edildi.
Müstəqillik uğrunda canından keçən Əziz şəhidimiz Arif Qeybiyevin qızı Gülnur Qeybiyeva “Qurban olum Azərbaycan” mahnısını İfa etdi.
Tədbirdə kollecin ictimai həyatında fəal rol oynayan müəllim və tələbələr Fəxri Fərman və diplomla təltif olundular.