26 may 2025-ci il tarixində Astara Pedaqoji Kollecində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Astara Pedaqoji Kollecinin müəllim və tələbə heyəti, DİN-nin İnsan alverinə qarşı mübarizə baş idarəsinin Baş əməliyyat müvəkkili Vamiq Naməndzadə, Astara rayon Polis rəisiinin müavini Amil Seyfullayev, Kiber cinayətkarlığına qarşı mübarizə baş əməliyyat müvəkkili Bəhruz Həsənov iştirak etdilər.
Kollecin direktoru, professor Kamran Kazımov qonaqları salamlayaraq ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və əhəmiyyəti haqqında danışdı.
Tədbirdə DİN-nin İnsan alverinə qarşı mübarizə Baş idarəsinin Baş əməliyyat müvəkkili Vamiq Naməndzadə ətraflı məlumat verərək qeyd etdi ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə edib. Son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib, ölkəmizdə bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur.
Tədbir zamanı insan alverinə qarşı mübarizədə əldə edilən uğurların cəmiyyətə düzgün çatdırılmasında, maarifləndirmə işinin aparılmasında beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, mətbuatın tərəfdaşlığının rolu, hər bir dövlətdə insan hüquqlarının, ailə institutunun qorunmasının və onun düzgün formalaşmasının ən önəmli məsələ olduğu xüsusi vurğulandı.
Kiber cinəyətkarlığına qarşı mübarizə baş əməliyyat müvəkkili Bəhruz Həsənov bildirdi ki, kibertəhlükəsizlik mobil cihazların, serverlərin, kompüterlərin, elektron sistemlərin, şəbəkələrin və məlumatların zərərli hücumlardan qorunmasıdır. Kiber təhlükəsizlik olmadan, şəxsi məlumatlar, maliyyə məlumatları, dövlət və ya korporativ sirlərin oğurlanması və ya məhv edilməsi kimi ciddi təhlükələrlə üzləşə bilərik.
Tədbir qarşılıqlı diskusiya şəraitində keçdi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.



