Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatı və Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti İlə “Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının Yaradıcısı və Milli Dövlətçiliyimizin Memarı kimi” adlı konfrans

Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatı  və Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti İlə “Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının Yaradıcısı və Milli Dövlətçiliyimizin Memarı kimi” adlı konfrans
07 may 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatı və Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti İlə “Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının Yaradıcısı və Milli Dövlətçiliyimizin Memarı kimi” adlı konfrans keçirilmişdir. Konfrans Astara Heydər Əliyev Mərkəzinin konfrans zalında baş tutmuşdur.
Astara Pedaqoji Kollecinin direktoru, fil.e.d Kamran Kazımov və konfransa gələn qonaqlar öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər qoyublar. Konfransda Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfrans Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatı sədri Həbib Cəfərov və Astara Rayon İcra Hakimiyyətinin başçısının müavini Firəngiz Sadıxovanın təbriki ilə başlamışdır.
Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımova “Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının Yaradıcısı və Milli Dövlətçiliyimizin Memarı Kimi” adlı məruzəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edərək qeyd etmişdir ki, müstəqil Azərbaycan həqiqətən Ulu Öndər zəkasının məhsuludur. Dahi şəxsiyyət Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının memarıdır!
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamında deyildiyi kimi: “Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir”.
Məruzə ətrafında Lənkəran Dövlət Universitetinin prorektoru, dosent Ramiz Şəmmədov, Lənkəran-Astara Regional təhsil idarəsinin müdir müavini Rəhim Rəhimov, Lənkəran Tarix və Diyarşünaslıq Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Məcidova, Masallı Regional kollecin direktor müavini Dilarə Hüseynova, Astara Şüvi kənd orta məktəbinin direktoru Adil Rzayev, Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Əliyeva. Astara Pedaqoji Kollecinin müəllimi Elçin Mahmudov, Astara Pedaqoji Kollecinin tələbəsi Aysel Qarazadə cıxış edərək qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Ümummilli Lider Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilib, onun əbədiliyi təmin edilib. Torpaqlarımız 30 illik işğaldan tamamilə azad olunub. Suverenliyimiz bərpa edilib. Artıq Qarabağ münaqişəsi tarixdə qalıb. İşğaldan azad edilmiş torpaqlara Böyük Qayıdış başlayıb. Bu qayıdış isə Ulu Öndərin ölkəyə rəhbərliyinə Möhtəşəm Qayıdışından qaynaqlanır.
Sonda konfransda fəal iştirak edənlərə kollecin rəhbərliyi tərəfindən fəxri fərmanla təqdim olunub.