“Milli iradəmizin zəfər çaldığı gün” mövzusunda tədbir

“Milli iradəmizin zəfər çaldığı gün” mövzusunda tədbir
Astara Pedaqoji Kollecində “Milli iradəmizin zəfər çaldığı gün” mövzusunda tədbir keçirilib
Tədbir iştirakçıları 20 Yanvar faciəsində və Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir faciəni əks etdirən videoçarxın nümayişi ilə başlanıb.
Kollecin Tarix müəllim, Həmkarlar təşkilatının sədri, metodist Elçin Mahmudov “Milli iradəmizin zəfər çaldığı gün” mövzusunda məruzə edib. Məruzədə faciəni doğuran tarixi şərait, səbəbləri və ibrət dərsləri ətraflı təhlil olunub. Bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin liderlik fəaliyyəti xalqımızın çağdaş tarixinin yarım əsrlik bir dövrünün başlıca yönünü və məzmununu təşkil edir. Heydər Əliyev, hər şeydən əvvəl, bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırıb. 20 Yanvar hadisəsi ilə bağlı ulu öndərin mövqeyi, açıqlamaları, atdığı addımlar 35 il öncə baş vermiş mürəkkəb və qanlı hadisələrin mahiyyətini anlamaqda, onun ibrət dərslərini öyrənməkdə xalqımızın qiymətli mənəvi qaynağıdır.
Sonra tələbələr “20 Yanvar – şanlı yanvar” mövzularında çıxış ediblər. Çıxışlarda 35 il öncə baş verən hadisələr Azərbaycanın qanla yazılmış şanlı tarixi, şərəf, qeyrət salnaməsi, qəhrəmanlıq səhifəsi kimi dəyərləndirilib, xalqın azadlıq mübarizəsində H.Əliyevin müstəsna rolu vurğulanıb. Yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə faciənin ibrət dərslərinin tələbələrə bütün açıqlığı ilə, faktlar və sənədlər əsasında çatdırılmasının, təbliğinin əhəmiyyəti çıxışlarda əksini tapıb.