Pedaqoji şurada imtahan sessiyasının nəticələri müzakirə edilib
Astara Pedaqoji Kollecinin Pedaqoji şurasının 2025-ci ildə ilk iclası keçirilib. Pedaqoji şuranın sədri, kollecin direktoru, prof. Kamran Kazımov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Pedaqoji şurada müzakirə edilən ilk məsələ “2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri” olub. Bu barədə Tədris hissə müdiri Günel Hacıyeva, şöbə müdirləri Nuranə Fərəcova, Humra Babayeva, Ülkər Rəşidova məlumat veriblər. Məlumatda ayrı-ayrı ixtisaslar və ümumilikdə kollecdə imtahanların nəticələri əvvəlki illərlə müqayisəli şəkildə təhlil edilib.
Pedaqoji şuranın gündəliyinə çıxarılan ikinci məsələ kollecdə təlim-tərbiyə işlərinə dair, kollec əməkdaşlarının əmək və icra intizamına riayət etməsi vəziyyətilə bağlı məlumatı Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Arzu Hüseynova təqdim edib.
Kollec tələbələrinə pedaqoji və istehsalat təcrübəsinin təşkili haqqında Təcrübə rəhbəri Nahid Süleymanov məlumat verib.
Pedaqoji şuranın qərarlarının yerinə yetirilməsi istiqamətində görülən işlərlə bağlı Pedaqoji şuranın katibi Elnarə Məhərrəmova, Appelyasiya komissiyasının nəticələri barədə Appelyasiya komissiyasının sədri Ülfət Həşimova, Qrif alan fənn proqramları, Həmkarlar Təşkilatının iclasının protokolunun müzakirəsi haqqında metodist, Həmkarlar təşkilatının sədri Elçin Mahmudov məlumat veriblər. Riyaziyyat-informatika fənn birləşməsinin hesabatını Riyaziyyat-informatika FBK-nın sədri Lamiyə Məmmədova təqdim edib.
Pedaqoji şurada cari məsələlərə də baxılıb və müzakirə olunan bütün məsələlər barədə qərar qəbul edilib.









