Şəhid atası, Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımovun 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə kollektivə təbriki.

Şəhid atası, Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımovun 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə kollektivə təbriki.
Şəhid atası, Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımovun 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə kollektivə təbriki.
Hörmətli müəllim və işçi heyəti, əziz tələbələr!
2024-cü il xalqımız üçün uğurlu illərdən biri oldu. Belə ki, Azərbaycan xalqı bir daha demokratik əsaslarda özünün səsvermə hüququndan istifadə edərək 30 illik işğal altında olan ərazilərin tam təmin olunması ilə prezident seçkilərində iştirak etdi. Yeni legitim əsaslarda milli hakimiyyət formalaşdırdı. Bu 2024-cü ilin mühüm hadisəsi kimi yadda qaldı. 2020-ci ildən sonra başlanan yeni şərtlər içərisində, yeni reallıqlar əsasında milli maraqlarımızın, milli vəzifələrimizin, ideyalarımızın təmin olunması istiqamətində belə bir qərarın qəbul edilməsi Azərbaycan dövlətçiliyinin gələcəyi baxımından olduqca əhəmiyyətli idi.
İkinci mühüm siyasi hadisə 2024-cü il sentyabr ayında Azərbaycanda parlament seçkilərinin keçirilməsi oldu. Yeni parlamentin, yeni şərtlər içərisində fəaliyyəti üçün yeni keyfiyyət dəyişikliyi baş verdi.
Azərbaycanın dinamik iqtisadiyyatı, dəyişən şərtləri “Böyük qayıdış” proqramının və digər qlobal iqtisadi layihələrin həyata keçirilməsi, həm də sürətlə inkişaf edən daxili ictimai münasibətlərin tənzimlənməsi üçün yeni qanunlar qəbul edildi.
2024-cü ildə ilk dəfə olaraq müstəqil Azərbaycan dövlətçilik tarixində Ermənistanla bir sənəd əsasında ortaq razılaşma əldə olundu. Sərhəd təhlükəsizliyi ilə delimitasiya- demarkasiya məsələləri üzrə iki ölkə arasında əsasnamə təsdiq olundu. Bu əsasnamə sərhədlərimizin delimitasiya və demarkasiyası üçün yeni baza sənəd statusunu qazandı. Bu konteksdə Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması yadda qalan bir hadisə oldu.
2024-cü ildə bir sıra dövlət idarəetmə institutlarının funksionallığını artırmaq məqsədilə Azərbaycan Prezidenti tərəfindən yeni təyinatlar həyata keçirildi. Yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin yenidən seçilməsi ilə bağlı 2025-ci ilin yanvar ayında bələdiyyə seçkilərinin keçirilməsi qərarının qəbul edilməsi oldu.
Nəhayət Azərbaycanda 2024-cü ildə COP29 tərəflər konfransı keçirildi. Bu Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsində tamamilə yeni bir təcrübə yaratdı. Çünki COP29 dünyanın ən mötəbər, əhəmiyyətinə görə birinci dərəcəli tədbirlər sırasındadır. Bu həm də BMT-nin Azərbaycanın birgə fəaliyyəti kimi yadda qaldı. COP29-un təşkilatçılığındakı qüsursuzluq və yekun qərarlar Azərbaycanı yeni bir güc kimi bütün dünyaya təqdim etdi
Azərbaycan prezidenti Prezident seçildikdən dərhal sonra qeyd etmişdi ki, yeni tarixi mərhələdə bizə yeni milli ideya lazımdır.
Bu yeni milli ideyaların vəzifələrindən biri də Qərbi Azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsi idi ki, bu istiqamətdə də mühüm işlər görüldü və nəhayət dekabr ayının 5 və 6-da Qərbi Azərbaycanda qayıdışla bağlı dünyanın 51 ölkənin təmsilçisinin iştirakı ilə bağlı beynəlxalq konfrans keçirildi.
Ən əsası 2024-cü il Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və Azərbaycan Respublikasının beynəlxalq münasibətlərinin sistemində yerinin, rolunun artması ilə yadda qaldı.
Milli maraqlar, milli dəyərlər üzərində qurulmuş bu müstəqil siyasət bugünkü Azərbaycan reallıqlarını təmin edir. Bu gün Azərbaycan dinamik, sürətlə inkişaf edən ölkədir. Azərbaycan demokratiya, azadlıq, müstəqillik, tərəqqi, inkişaf yolu ilə uğurla gedən ölkədir. Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar fəxr edirlər ki, bu gün dünya xəritəsində Azərbaycan kimi dövlət var, öz sözünü deyir, deyəcək və bizim uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir.
Hörmətli müəllim və işçi heyəti, əziz tələbələr!
2024-cü il kollecimiz üçün də əlamətdar illərdən biri oldu. Ürəkaçan bir sıra nailiyyətlər, keçirdiyimiz rəngarəng tədbirlərlə yadda qaldı. 2024-cü ilin son günlərində kollecimizin Publik Hüquqi Şəxs statusu alması bütün kollektivi sevindirdi.
Mən bütün azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hər bir Azərbaycan ailəsinə səadət, xoşbəxtlik, yeni uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!
Qeyd edək ki, Kamran müəllimin əmrinə əsasən kollecin müəllim və işçi heyəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə pul mükafatı ilə mükafatlandırılmışlar.