Şəhid atası, Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günü münasibətilə təbriki.
Möhtərəm cənab Prezident!
Ulu Öndər Heydər Əliyevin memarı olduğu müasir, müstəqil Azərbaycan dövləti bu gün Sizin müdrik idarəçiliyiniz sayəsində inkişafının ən yüksək mərhələsindədir. Ölkə həyatının bütün sahələrini əhatə edən dayanıqlı və ardıcıl inkişaf Azərbaycanı regionda lider, dünyada isə son dərəcə əhəmiyyətli söz sahibi olan bir dövlətə çevirib. Siz nadir liderlərdənsiniz ki, “nəyi, nə zaman, necə” etmək lazım olduğunu bilir, xalqına verdiyi bütün vədləri vaxtında və dəqiq yerinə yetirirsiniz. Bu gün Azərbaycan vətəndaşı olaraq fəxrlə deyirik ki, biz siyasi sabitliyin, əmin-amanlığın, tolerantlığın bərqərar olduğu, bütün sahələrdə tərəqqinin ən uca zirvəsinə can atan bir ölkədə yaşayırıq.
Cənab Müzəffər Ali Baş Komandan!
Azərbaycanın son 200 illik tariximizdə qazanılan ən böyük Qələbənin də müəllifi Sizsiniz. Sizin bilavasitə rəhbərliyinizlə haqq savaşına qalxan Azərbaycanın cəmi 44 günə qazandığı möhtəşəm Qələbə 30 illik həsrətə son qoyub, şanlı tariximizdə yeni səhifə açdı. Baş Sərkərdə olaraq işğal altındakı torpaqlarımızın xilaskarı oldunuz, çox qısa zaman ərzində Azərbaycanın uğur tarixini yazdınız. Uzun illər beynəlxalq təşkilatların, bəzi böyük dövlətlərin himayə etdiyi işğalçı Ermənistan Sizin hərbi-siyasi, müdrik diplomatiyanız Azərbaycan Ordusunun gücü qarşısında diz çökdü. Müharibə başa çatdıqdan dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işlərinə başladınız. Qürurla deyirik ki, Azərbaycan yalnız öz iqtisadi qüdrəti, yəni heç bir beynəlxalq təşkilatdan maliyyə yardımı almadan Böyük Qayıdış proqramını həyata keçirir. Soydaşlarımızın köç karvanı dədə-baba yurdlarına – Qarabağa, Zəngəzura doğru hərəkət edir, məcburi köşkünlərin doğma yurdlarına qayıdışı mütəmadi olaraq Qarabağın bütün rayonlarına mərhələ-mərhələ həyata keçirilir. Bu mənzərəni seyr etmək hər bir azərbaycanlını qürurlandırır.
Şanlı Azərbaycan Ordusu üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, genişmiqyaslı təxribatların qarşısının alınması, erməni silahlılarının tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Yenilməz Ordumuz cəmi bir günə bu missiyanı da uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Bu, bir daha Ordumuzun gücünü, qüdrətini, Ali Baş Komandan olaraq Sizin qətiyyətinizi və sərkərdəlik məharətinizi göstərdi. Xalqımız həmişəki kimi, Sizin ətrafınızda dəmir yumruğa döndü, bütöv oldu və göstərdi ki, güc birlikdədir. Xalqımıza yaşatdığınız növbəti Qələbəyə görə, Sizə dərindən təşəkkür edirik. Düşmənlərimizin bizə qarşı hazırladıqları bütün çirkin planlar, o cümlədən “Dağlıq Qarabağ Respublikası” xülyası tarixin arxivinə gömüldü. Biz öz torpaqlarımızın sahibiyik, ölkəmizin bütün ərazisində Dövlət Bayrağımız qürurla dalğalanır, suverenliyimiz bərpa olunub. Siz hər bir azərbaycanlının Prezidenti, lideri olmağı bacarmış dövlət başçısısınız. Bu, yalnız sözdə ifadə olunan deyim yox, mütləq gerçəklik, danılmaz reallıqdır. Elə bir reallıq ki, özündə canlı tarixi yaşadır.
Bu mürəkkəb tarixi dövrdə Sizin Azərbaycan xalqının suveren maraqlarını necə inamla və ardıcıl surətdə qoruduğunuzu, iqtisadi və siyasi nailiyyətlərini artırdığınızı, müdafiə qabiliyyətini və beynəlxalq mövqelərini möhkəmləndirdiyinizi, doğma Qarabağın hər qarış torpağının qorunmasında qətiyyətli olmasını bütün dünyaya nümayiş etdirdiyinizi, quruculuq fəaliyyəti ilə ölkənin daha sürətli inkişafı və firavanlaşması üçün möhkəm zəmin yaratdığınızı görən hər bir Azərbaycan vətəndaşı böyük qürur hissi keçrir.
Möhtərəm cənab Prezident!
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik və doğma Azərbaycanın rifahı naminə yeni-yeni uğurlar diləyirik.
Tanrı Sizi qorusun!