Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi.
20 dekabr 2024-cü il tarixində Astara Pedaqoji Kollecində 2024/2025-ci tədris ilinin I yarımilinin yekunlarına və 2024/2025-ci tədris ilinin yanvar ayında keçiriləcək qış imtahan sessiyasına hazırlıq işlərinə dair Pedaqoji Şuranın növbəti iclası keçirildi.
İclası kollecin direktoru, Pedaqoji Şuranın sədri. fil.e.d.Kamran Kazımov iclası açaraq qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yevi il münasibətilə bütün kollektivi təbrik etdi və gündəlikdə duran məsələlər barədə Şura üzvlərini məlumatlandırdı.
2024/2025-ci tədris ilinin I yarımilinin yekunları və qış imtahan sessiyasına hazırlıq məsələləri ilə bağlı kollecin Tədris hissə müdiri Günel Hacıyeva məlumat verdi.
Pedaqoji Şuranın iclasında “Tarix, coğrafiya, ekologiya və turizm”, “İqtisadiyyat” FBK-nın gördüyü işlər, kollecdə imtahan sessiyasına hazırlıq və bir sıra cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olundu.