Astara Pedaqoji Kollecində Psixoloq Elnarə Məhərrəmova tərəfindən “Uşaq və yeniyetmələr arasında intihar hallarının, məişət zorakılığı hallarının qarşısının alınması, onların asudə vaxtlarının səmərəli təşkili” mövzusunda seminar keçirildi. Seminarda kollecin müəllim və işçi heyəti iştirak etdi. Elnarə Məhərrəmova intiharın profilaktikası, qarşısının alınması istiqamətində bir neçə məqam xüsusi qeyd edərək sualları cavablandırdı.