18 oktyabr 2024-cü il tarixində Astara Pedaqoji Kollecində kollecin metodisti, Həmkarlar təşkilatının sədri, tarix müəllimi Elçin Mahmudov, Azərbaycan dili və ədəbiyyat FBK-nın sədri Məmmədova Firəngiz və kollecin TGT-nın üzvlərininin təşkilatçılığı ilə 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə dəyirmi masa keçirilib.
İlk öncə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində strateji kursu bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini qeyd ediblər. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olub. Azərbaycan yerləşdiyi bölgədə cərəyan edən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir ölkəyə çevrilib. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır.
Sonda 18 oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx izlənilib.