18 oktyabr 2024-cü il tarixində Astara şəhərində yerləşən Şahağac- Astara yolunda Astara Pedaqoji Kollecinin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev də iştirak etmişdir. Aksiya zamanı Astara Pedaqoji Kollecinin müəllim və tələbələri tərəfindən 500 ədəd yeni ağac tingləri əkilmişdir. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlərimiz davam edir. Yaxın günlərdə tədbirlərlə yanaşı kollecin öz ərazisində ağacəkmə aksiyası keçiriləcəkdir.