“Azərbaycanın Ekoturizm Potensialı və İnvestisiyalar” mövzusunda məşğələ

“Azərbaycanın Ekoturizm Potensialı və İnvestisiyalar”  mövzusunda məşğələ

17 oktyabr 2024-cü il tarixində Astara Pedaqoji Kollecində “Aqrar və turizm” FBK-nın müəllimi Babayeva Məryəmin təşkilatçılığı ilə COP 29 -la bağlı “Azərbaycanın Ekoturizm Potensialı və İnvestisiyalar” mövzusunda məşğələ keçirdi. Babayeva Məryəm yaşıl biznes modellərinin iqtisadi fəaliyyətdə ekoloji davamlılığı təmin etməyə yönəlmiş biznes strategiyalarını əhatə etməyindən, sosial məsuliyyətli maliyyənin qlobal iqtisadiyyatda vacib tendensiyaya çevrilməyindən, iqlim dəyişikliyi və ekoloji problemlərlə mübarizəsindən, yaşıl istiqrazların ətraf mühitə təsirindən, dayanıqlı və uyğunlaşa bilən turizm fəaliyyətinin əhəmiyyətindən bəhs etdi.