Kollecin fəaliyyətində ürəkaçan yeniliklər

Kollecin fəaliyyətində ürəkaçan yeniliklər
Astara Pedaqoji Kolleci üçün 2024-cü təqvim ilinin ilk ayından yeni idarəetmə təhsilin keyfiyyətinin, nizam-intizamın gücləndirilməsi baxımından mühüm hadisə olmuşdur. Kollecin fəaliyyətində ürəkaçan yeniliklər və müsbət dəyişikliklər baş vermişdir ki, bu nailiyyətlərin də kökündə elmə, təhsilə göstərilən rəhbərliyin yüksək qayğısı, həmçinin müəllim-işçi heyətinin gərgin zəhməti dayanır. Belə ki, kollecdə ideoloji və ideya-tərbiyəvi işlərdə müəllim və tələbələrin birgə fəaliyyəti tədrisin keyfiyyətinin yüksəldilməsinə, gənclərin təşəbbüskarlığının daha da artırılmasına yol açmışdır.
Yeni tədris ilində ürəkaçan yeniliklərdən biri də kollecdə elektron kabinetin yaradılmasıdır. Astara Pedaqoji Kolleci bu sistemi qurmaqla Azərbaycanın region kollecləri icərisində yenə bir ilkə imza atdı. Artıq tələbələr tədris haqqında məlumatları, fənlər, cari fənn ilə əlaqədar olan gündəlik qiymətlər, giris balı, seminar, mühazirə nəticələri, kollokvum, imtahan sualları, kollokvumun, imtahanın keçirildiyi otaq, kollokvum və imtahanın nəticələrinə elektron kabinet vasitəsilə baxa biləcək.
Qeyd edək ki, Kollecə İkT üzrə dəvət olunmuş mütəxəssis Fuad İsayevin bu sahədə böyük əməyi olmuşdur.
 
Kollecin fəaliyyətində ürəkaçan yeniliklər