27 may 2024-cü il tarixində Astara Pedaqoji Kollecində Tarix və ictimai elmlər fənn birləşməsi müəllimlərinin təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru, Filologiya elmlər dokrtoru Kamran Kazımov tədbir iştirakçılarını salamlayaraq bayram münasibətilə təbrik etdi. Müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrilmiş, Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etmiş və yalnız 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etmişdir. Azərbaycan xalqı əldə etdiyi dövlət müstəqilliyi, inkişafı və tərəqqisi üçün birmənalı olaraq, öz böyük oğlu, ümummilli Liderimiz, müstəqil Azərbaycanın banisi və qurucusu Heydər Əliyevə minnətdardır, onun dühasına, onun iradəsinə dövlətçilik və milli birlik uğrunda ardıcıl, yorulmaz və qalibiyyətli mübarizəsinə borcludur.
Çıxış edənlər kollecin tarix müəllimləri Elçin Mahmudov və Şükran Şabanov vurğuladılar ki, AXC-nin mövcud olduğu 23 ay ərzinə həyata keçirdiyi islahatlar və gördüyü işlərə nəzər salınıb, həmçinin cümhuriyyət qurucularının sonrakı taleyi haqqında məlumat verilib. Bildirilib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan, Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir, onun bütün demokratik ənənələrinə sadiqdir və bu ənənələri yaşadır. Cənab prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi də AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verilən böyük önəmin ifadəsidir. Artıq 4 ildir ki, biz 28 May Respublika Gününü qalib və məğrur xalq kimi böyük qürur və fəxarətlə qeyd edirik.
Tədbirdə 28 May Respublika Gününə videoçarx nümayiş olundu.