Müəssisələrdə işə qəbul proseduralarında şəffaflığın artırılması və bu sahədə ictimai nəzarət mexanizmlərinin tətbiqinin genişləndirilməsi

Müəssisələrdə işə qəbul proseduralarında şəffaflığın artırılması və bu sahədə ictimai nəzarət mexanizmlərinin tətbiqinin genişləndirilməsi

 

24 may 2024-cü il tarixində Astara Pedaqoji Kollecində kadrlar üzrə mütəxəssis Günay Abdullayevanın iştirakı ilə “Müəssisələrdə işə qəbul proseduralarında şəffaflığın artırılması və bu sahədə ictimai nəzarət mexanizmlərinin tətbiqinin genişləndirilməsi“ mövzusunda tədbir keçirildi. Kadrlar üzrə mütəxəssis Günay Abdullayeva çıxışında müəssisələrdə işəgötürmə prosedurunun şəffaflığının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) həyata keçirilməsindən, bu sistemin bir sıra vacib funksiya və əhəmiyyətindən, sənədləşmələrin kağız daşıyıcılarından elektron formaya keçməsindən, sistem üzərindən işəgötürən və işaxtaranların vahid bir platformada birləşdirilməsindən bəhs edərək bildirdi ki, kollecdə də işəgötürmə prosesi tam şəffaf şəkildə həyata keçirilir, müvafiq komissiya rəyi əsasında aparılır, müsabiqədən keçən hər bir işaxtaran işə qəbul olunur
 
Müəssisələrdə işə qəbul proseduralarında şəffaflığın artırılması və bu sahədə ictimai nəzarət mexanizmlərinin tətbiqinin genişləndirilməsi