Astara Pedaqoji Kollecində Şəhid Baş leytenant Vüsal Kazımovun həyat və döyüş yolundan bəhs edən, yazıçı Çinarə Ömrayın ssenarisi əsasında çəkilmiş “Vüsal hicrandan acıymış” adlı sənədli filmin təqdimatı

Astara Pedaqoji Kollecində Şəhid Baş leytenant Vüsal Kazımovun həyat və döyüş yolundan bəhs edən, yazıçı Çinarə Ömrayın ssenarisi əsasında çəkilmiş "Vüsal hicrandan acıymış" adlı sənədli filmin təqdimatı
30 may 2024-cü il tarixində Astara Pedaqoji Kollecində Şəhid Baş leytenant Vüsal Kazımovun həyat və döyüş yolundan bəhs edən AYB-nin üzvü, Prezident təqaüdçüsü,yazıçı Çinarə Ömrayın ssenarisi əsasında çəkilmiş “Vüsal hicrandan acıymış” adlı sənədli filmin təqdimat mərasimi keçirildi.
Tədbirdə unudulmaz şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndirildi. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələri ilə görüşündən bəhs edən videoçarx təqdim olundu.
Təqdimata toplaşanlar -Şəhid mayor Kamran Fərəcovun həyat yoldaşı, Maliyyə-informasiya şöbəsinin müdiri Nuranə Fərəcova, Astara Şəhər 1 saylı məktəbin direktoru, Astara Pedaqoji Kollecinin Şura üzvü Xədicə Əliyeva, Şüvi kənd məktəbinin direktoru, Astara Pedaqoji Kollecinin Şura üzvü Adil Rzayev, Əmək müharibəsi ictimai birliyinin Astara rayon təşkilatının sədri, kollecin İctimai şura sədri Rafiq Əliyev Vüsal Kazımovun Vətən müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində göstərdiyi igidlik və qəhrəmanlıqdan, onun vətən sevgisindən söz açdılar.
Baş leytenant Kazımov Vüsal Kamran oğlu şəhadətindən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” , “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxovanın yazmiş olduğu “Mən ölə bilmədim məni bağışla” şeirini kollecin tyutoru Leyla Kərimlinin ifasında səsləndi.
Sonda Şəhid Vüsal Kazımovun atası Astara Pedaqoji Kollecinin direktoru ,professor Kamran Kazımov çıxış edərək Vüsal kimi bütün qəhrəman oğullarla qürur duyduğunu bildirdi.