Astara Pedaqoji Kollecində şəhid ailələrinə diqqət və qayğı göstərilir.

Astara Pedaqoji Kollecində şəhid ailələrinə diqqət və qayğı göstərilir.
14 yanvar 2024-cü il tarixində Astara Pedaqoji Kollecinin direktoru, şəhid atası, professor Kamran Kazımov kollektivin bir qrup üzvləri ilə kollecin Maliyyə-informasiya şöbəsinin müdiri Nuranə Fərəcovanın həyat yoldaşı şəhid mayor Kamran Fərəcovun dogum günündə onun ata ocağına getmiş, ailəsilə görüşmüş, məzarına əklil və güllər qoymuşlar.
Sonra kollecin digər işçisi, şəhid anası Rəna Qeybiyevanın oğlu şəhid Arif Qeybiyevin ailəsinə baş çəkmiş və şəhidin məzarını ziyarət etmişlər, məzarı önünə əklil və güllər qoymuşlar. Həmçinin Şəhidlərin xatirəsinə salınmış abidə kompleksini ziyarət edərək önünə təzə-tər çiçəklər düzüblər.