“İqtisadiyyat və turizm” fənn birləşməsinin metodiki işlərinin təqdimatı

"İqtisadiyyat və turizm" fənn birləşməsinin metodiki işlərinin təqdimatı

18.12.2023-cü il tarixində Astara Pedaqoji Kollecinin “İqtisadiyyat və turizm” fənn birləşməsinin metodiki işlərinin təqdimatı ilə bağlı tədbiri olmuşdur.

Tədbiri açılış sözü ilə FBK sədri Röya Gözəlzadə açaraq qeyd etmişdir ki, “İqtisadiyyat və turizm” fənn birləşmə komissiyasının müəllimləri Xankişiyeva Fatimə, Quliyev Əliqismət və Mehrəliyeva Lalə müvafiq olaraq oktyabr, noyabr və dekabr aylarında tədris etdikləri fənnə uyğun olaraq metodiki işlər hazırlamışlar.

Belə ki, Fatimə müəllim “Marketinqin kommunikasiya sistemi”, Əliqismət müəllim “İqtisadi təhlil metodologiyası”, Lalə müəllim “Statistika müşahidəsi” mövzularında metodiki işlər hazırlamışlar.

"İqtisadiyyat və turizm" fənn birləşməsinin metodiki işlərinin təqdimatı
"İqtisadiyyat və turizm" fənn birləşməsinin metodiki işlərinin təqdimatı