17 yanvar 2024-cü il tarixində Astara Pedaqoji Kollecində 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə İctimai şuranın üzvləri kollecdə imtahanların gedişini canlı izləyib, Operativ Qərargahın işi ilə əyani tanış olublar.
Kollecdə gördüklərindən razı qalan şura üzvləri imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyi, tələbələr üçün lazımi şərait yaradıldığı üçün kollec rəhbərliyinə minnətdarlıq bildiriblər.