Astarada “Ümumdünya Ətraf Mühit Günü”nə həsr olunan yaşıllaşdırma aksiyası keçirilib!

Astarada "Ümumdünya Ətraf Mühit Günü"nə həsr olunan yaşıllaşdırma aksiyası keçirilib!
Astarada “Ümumdünya Ətraf Mühit Günü”nə həsr olunan yaşıllaşdırma aksiyası keçirilib! 🌱🌍
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 5 İyun — Ümumdünya Ətraf Mühit Günü münasibətilə YAP Astara Rayon təşkilatının və Astara Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Astara Pedaqoji Kollecinin və Astara Gənclər Evinin təşkilatçılığı ilə keçirilən yaşıllaşdırma və ağacəkmə aksiyasında YAP rayon təşkilatının əməkdaşları, fəallar, Rayon İcra Hakimiyyətinin əməkdaşları, Pedaqoji Kollecin kollektivi və Gənclər Evinin əməkdaşları, fəal gəncləri birgə iştirak ediblər.
Aksiya çərçivəsində ətraf mühitin mühafizəsinə dəstək məqsədilə yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində işlər görülüb. Tədbir iştirakçıları təbiətin qorunmasının hər bir vətəndaşın məsuliyyəti olduğunu vurğulayaraq ekoloji tarazlığın qorunmasına öz töhfələrini veriblər.
Bu cür təşəbbüslər gənclərdə ekoloji məsuliyyət hissinin formalaşdırılmasına, təbiətə qayğı mədəniyyətinin təşviqinə və yaşıl gələcəyin qurulmasına xidmət edir.
👉 Sən də ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə və ictimai təşəbbüslərdə iştirak edərək yaşıl gələcəyin bir parçası ola bilərsən.
Təbiəti qoruyaq, gələcəyimizi yaşıllaşdıraq! 🌿💚