Əziz tələbələr, müəllim və işçi heyəti!
Bu il Ramazan bayramı Novruz bayramı üst-üstə düşür.
Ramazan ayı mənəvi paklıq, mərhəmət, paylaşma və humanist dəyərlərin təntənəsidir. Bu mübarək günlər insanları xeyirxahlığa, birliyə və qarşılıqlı hörmətə səsləyir. Əminəm ki, bu yüksək mənəvi dəyərlər kollektivimizdə də daim qorunur və inkişaf etdirilir.
Bu əziz bayram günündə Vətən uğrunda canından keçmiş şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsi qarşısında baş əyirik. Şəhid ailələrinə xüsusi diqqət və qayğının göstərilməsi hər birimizin mənəvi borcudur. Onların göstərdiyi fədakarlıq və əzmkarlıq hər zaman bizim üçün nümunədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir və dözüm versin.
Sizlərin hər birinin təhsil sahəsində göstərdiyi zəhmət, gənc nəslin formalaşmasında oynadığı mühüm rol yüksək qiymətə layiqdir. Kollecimizin uğurlarında sizin fədakar əməyinizin böyük payı vardır. Bu əziz bayram günündə arzu edirəm ki, gördüyünüz bütün işlər sizə mənəvi rahatlıq və qürur hissi bəxş etsin.
Qoy Ramazan bayramı evlərinizə sevinc, qəlblərinizə nur, süfrələrinizə ruzi-bərəkət gətirsin. Dualarınız qəbul, niyyətləriniz saf və həyata keçən olsun.
Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
qeyd edək ki, Ramazan və Novruz bayramı münasibətilə rəhbərlik tərəfindən kollecin əməkdaşları pul mükafatı ilə mükafatlandırılmışdır.
Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımovun Ramazan bayramı münasibətilə kollektivə Təbriki.

