Kollecdə 2025/2026-cı tədris ilində Pedaqoji Şuranın ilk iclası keçirildi.
10 sentyabr 2025-ci il tarixində Astara Pedaqoji Kollecində 2025/2026-cı tədris ili üçün Pedaqoji Şuranın ilk iclası keçirildi. Kollecin direktoru, , Pedaqoji Şuranın sədri, professor Kamran Kazımov iclası açaraq yeni tədris ilinin başlanması münasibətilə bütün kollektivi təbrik etdi və gündəlikdə duran məsələlər barədə Şura üzvlərini məlumatlandırdı.
“2025/2026-ci tədris ili üçün Pedaqoji Şuranın tərkibinin və iş planının təsdiqi” haqqında məlumat verdi.
“2025/2026-ci tədris ilinə hazırlığın vəziyyəti” haqqında Tədris hissə müdiri Günel Hacıyeva, “2025/2026-cı tədris ili üçün ümumi orta və tam orta təhsil bazasından tələbə qəbulu planının icra vəziyyəti” haqqında kollecin şöbə müdirləri Nuranə Fərəcova və Aygün Səfərova məlumat verdilər.
Pedaqoji Şuranın iclasında bir sıra cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olundu.