Astara Pedaqoji Kollecinin Pedaqoji şurasının 07 iyul 2025-ci il tarixində tədris ilinin yekun iclası keçirilib. Pedaqoji şuranın sədri, kollecin direktoru, prof. Kamran Kazımov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Pedaqoji şurada müzakirə edilən ilk məsələ 2024-2025 tədris ili üçün yaz semestrinin imtahan sessiyasının nəticələrinin və hesabat işlərinin yerinə yetirilməsi olub. Bu barədə Tədris hissə müdiri Günel Hacıyeva məlumat verib..
Pedaqoji şuranın gündəliyinə çıxarılan ikinci məsələ tədris ilinin II yarısında kollecdə tərbiyə işlərinə dair Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Arzu Hüseynovanın hesabatı olub.
2025-2026- cı tədris ilində qarşıda duran vəzifələr və müəllimlərin ilkin dərs yükü haqqında Maliyyə-informasiya şöbəsinin müdiri Nuranə Fərəcova, Aqrar və turizm şöbə müdiri Ülkər Rəşidova, Pedaqoji şöbə müdiri Humra Babayeva məlumat veriblər.
Tədris ilinin II yarısında Pedaqoji şura qərarlarının yerinə yetirilməsi barədə Pedaqoji şuranın katibi Elnarə Məhərrəmovanın məruzəsi dinlənilib.
Pedaqoji şurada cari məsələlər- Yeni tədris ilində Fənn birləşmə komissiyalarının yenidən təşkili, yeni qəbul planına uyğun şöbələrin təşkili, bütün metodiki işlərin metodiki şurada müzakirə olunması, valideynlərlə əlaqənin gücləndirilməsi və s. müzakirə olunub, bütün məsələlər barədə qərar qəbul edilib. Yeni qərara əsasən, yeni qəbul planı üzrə iki şöbə- Maliyyə-informatika və qida təhlükəsizliyi, Sosial və aqrar- turizm şöbəsi, fənn birləşmə komissiyaları birləşdirilərək Riyaziyyat və informatika, İqtisadiyyat və qida təhlükəsizliyi, Kimya, biologiya və aqrar- turizm, Azərbaycan dili və xarici dillər, Tarix, coğrafoya və pedaqoji fənlər fənn birləşmə komissiyaları yaradılıb.





