29 may 2025-ci il tarixində Astara Pedaqoji Kollecində Astara Rayon Polis Şöbəsi və Astara Pedaqoji Kolleci Publik Hüquqi Şəxsinin birgə təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə”, “Narkomaniyaya yox deyək” və “Erkən nikahlar və onların fəsadları” mövzularında maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səsləndirilmişdir. Tədbiri giriş sözü ilə açan Astara Pedaqoji Kollecinin direktoru. Professor Kamran Kazımov qeyd etmişdir ki, yaşadığımız dövrdə rast gəlinən problemlər sırasında narkomaniya, korrupsiya və erkən nikah haqqında gənclərimizin maarifləndirilməsi və bilgiləndirilməsi vacib bir missiyadır. Ona görə də tədbirimizin müəllim və tələbələr üçün çox vacib və əhəmiyyətlidir.
Astara Rayon Məhkəməsinin sədri Bəxtiyar Məmmədov çıxışında bildirmişdir ki, Hələ keçmiş sovetlər dönəmində Ulu Öndər Heydər Əliyevin korrupsiyaya qarşı mübarizə apardığını, heç kəsin SSRİ adlı dövlətdə dilə gətirə bilmədiyini Ümummilli Lider cəsarətlə əməli olaraq həyata keçirirdi. Heydər Əliyev ideyalarının davamçısı cənab Prezidentimiz İlham Əliyev bütün sahələrdə olduğu kimi korrupsiyaya qarşı mübarizə sahəsində də Ulu Öndərin əməllərini davam etdirir, ölkəmizdə gənclərimizin tərbiyəsinə neqativ təsir göstərən amillərin qarşısını almaq üçün mühüm addımlar atır.
Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cəfərov əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təşkili məqsədilə belə tədbirlərin həyata keçirilməsini mühüm olduğunu bildirmiş və qeyd etmişdir ki, hər kəs gənc nəslin sağlam böyüməsinə, valideynlərinin etimadının doğrudulmasına, Vətənə layiqli övlad kimi yetişməsinə çalışmalıdır. Lakin narkomaniyaya meyl edən gənclərə hələ də rast gəlinməsi təəssüf hissilə xatırlanıb.
Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, ictima- siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova çıxışında tədbirin məqsədinin Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı(2019-2024-ci illər)”nın, 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” nın müvafiq maddələrinin yerinə yetirilməsi, sağlam həyat tərzinin təbliği və tərənnüm edilməsi olduğunu qeyd etmiş, keçirilən maarifləndirmə tədbirlərini yüksək qiymətləndirmiş, narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyə, onlara kömək etməyə çağırmışdır.
Daha sonra kollecin müəllimi Aygün Səfərova erkən və qohumlar arasında nikahın fəsadlarından, gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlərdən, fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsirindən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktorlardan, bu sosial problemin aradan qaldırılması üçün maarifləndirmə tədbirlərinin aparılmasının zəruriliyindən bəhs edərək bildirdi ki, son dövrdə Ailə Məcəlləsinə edilən dəyişiklik bu sahədə vacib addımlardan olacaqdır.
Yekunda mövzular ətrafında tələbələrin sualları Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cəfərov tərəfindən cavablandırılmışdır.



