Astara Pedaqoji Kollecində YAP Astara RayonTəşkilatı və Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” nə həsr olunmuş tədbir

Astara Pedaqoji Kollecində YAP Astara RayonTəşkilatı və Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə  “Konstitusiya və Suverenlik İli” nə həsr olunmuş tədbir
Astara Pedaqoji Kollecində YAP Astara RayonTəşkilatı və Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Ulu öndər Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndi.
Tədbiri giriş sözü ilə Astara Pedaqoji Kollecinin direktoru, fil.e.d. Kamran Kazımov açaraq Qədəm qoyduğumuz 2025-ci ili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncam ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edildiyini, məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümü olduğunu bildirib.1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə genişmiqyaslı qanunvericilik islahatlarını əsasının qoyulduğunu, eyni zamanda, İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Zəfər və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bütün ərazilərdə bərqərar olduğunu diqqətə çatdırıb.
YAP Astara RayonTəşkilatının sədri Həbib Cəfərov çıxışında qeyd etdi ki, bu sərəncam dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edərək, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət kimi dəyərləndirilə bilər.
Kollecin tarix müəllimi, metodist Elçin Mahmudov məruzəsində qeyd etdi ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Bu qərar, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır. Ötən dövrdə olduğu kimi, cari il ərzində həyata keçiriləcək genişmiqyaslı islahatlar da Azərbaycan xalqının hüquqi dövlət quruculuğu yolunda irəliləməsinə zəmin yaradacaq.
Mövzu ətrafında Kollecin İctimai Şura üzvləri Rafiq Əliyev, Adil Rzayev və kollecin tarix müəllimi Şükran Şabanov çıxış edərək “Konstitusiya və Suverenlik İli” nin ölkəmizin hərtərəfli inkişafında mühüm mərhələ olacağını, qüdrətli Azərbaycanın dünya ölkələri birliyində özünə layiqli yer tutmasında, müstəqilliyimizin dönməz və əbədi olmasında əvəzsiz rol oynayacağını vurğuladılar.
Sonda videoçarx nümayiş olundu.