Astara Pedaqoji Kollecində “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan kollecin direktoru, fil.e. d Kamran Kazımov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə kollecin bütün xanım əməkdaşlarını təbrik edib. Xaraktercə fərqli olan qadınları birləşdirən ana adıdır. Anaların istəkləri, arzuları, sevinc və kədərləri ilə bir-birlərinə bənzəyirlər. Tədbir iştirakçıları övladı üçün min bir arzu istəyi olan, vətən üçün qəhrəman, igid oğul yetişdirib- boya başa çatdıran şəhid analarının önündə baş əyərək şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra tədbir tələbələrinin birgə hazırladıqları konsert proqramı davam edib.