Kollecdə Şəhid Nurlan Rəhimova həsr olunmuş”Bir şərəfli ömür səhifəsi” adlı tədbir

Kollecdə Şəhid Nurlan Rəhimova həsr olunmuş”Bir şərəfli ömür səhifəsi” adlı tədbir
21 noyabr 2024-cü il tarixində Astara Pedaqoji Kollecində Şəhid Nurlan Rəhimova həsr olunmuş”Bir şərəfli ömür səhifəsi” adlı tədbir keçirildi. Tədbirdə ilk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səslənildi.
Tədbiri giriş sözü ilə kollecin direktoru, şəhid atası Kamran Kazımov açaraq qeyd etdi ki, ədaləti bərqərar edən son döyüşü Qələbə ilə taclandıran Azərbaycan Ordusu tarixin səhifələrini yenilədi. Bu gün hər birimiz firavan həyat sürürüksə, bu, şəhidlərimizin, qəhrəman oğullarımızın sayəsindədir. Onların hər birinin döyüş yolu bir əfsanə, bir dastan, bir tarix… Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir.
Tədbirə toplaşanlar -Şəhid Nurlan Rəhimovun qohumları- Hərbi Hava qüvvələrinin Zabiti Polkovnik Leytenant Emin Hüseynov, Səfərbərlik və Hərbi xidmətə Çağırış dövlət xidmətinin zabiti Kapitan Ramin Hüseynov, şəhidin döyüş yoldaşı qazi Zamin Əsədov, kollecin məzunu, şəhid ailələrinin dostu qazi Abbas İbrahimli , Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı, şəhid ailələrinin daim yanında olan Fəranə Mikayılova şəhidlə bağlı xatirələrini bölüşdülər.
Tədbirdə şəhidin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayişi oldu.
Kollecin Kitabxana işçisi, Şəhidin ömür-gün yoldaşı Səbinə Rəhimova çıxış edərək kollecin rəhbərliyinə və tədbirdə əməyi keçənlərə, şəhidin döyüş yoldaşlarına təşəkkür etdi.