“Qəhvəyi mərmər bağacığı” mövzusunda tədbir

“Qəhvəyi mərmər bağacığı” mövzusunda tədbir
Kollecdə “Qəhvəyi mərmər bağacığı” mövzusunda tədbir keçirildi.
5 noyabr 2024-cü il tarixində Astara Pedaqoji Kollecində Aqronomluq və qida texnologiyası FBK-nın müəllimləri Babayev Ərşad və Həsənli Əyyub tərəfindən “Qəhvəyi mərmər bağacığı” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edənlər Qəhvəyi mərmər bağacığın morfologiyasından, yayılma yollarından, qidalanmasından, həşəratla mübarizə üsullarından bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdılar.