Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamının icrası ilə bağlı 31 oktyabr 2024-cü il tarixində Astara Pedaqoji Kollecində “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la əlaqədar maarifləndirici tədbir keçirildi. Tədbir iştirakçıları öncə Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsini birdəqiqəlik sükutla yad etdilər.
Tədbirdə Astara Pedaqoji Kollecinin direktoru, filologiya elmlər doktoru Kamran Kazımov, Astara Rayon YAP təşkilatının sədri Həbib Cəfərov, Astara Rayon İcra Hakimiyyəti Başçısının Humanitar şöbə üzrə müavini Firəngiz Sadıxova, Astara Pedaqoji Kollecinin İctimai Şura sədri, istefada olan polkovnik-leytenant Rafiq Əliyev, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı, yazıçı- ekoloq Bəxtiyar Hüseynov, kollecin turizm müəllimi Məryəm Babayeva, Ekologiya müəllimi Nicat İskəndərli çıxış etdilər.
Çıxış edənlər 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsindən, ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanmasının vacibliyindən, gənclərdə ekoloji şüurun inkişaf etdirilməsindən, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılmasından, təbii, mədəni dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işlərinin aparılmasından, Azərbaycanın COP29-un ev sahibi olaraq iqlim yönümlü, bərabər və dayanıqlı gələcəyə nail olunması istiqamətində aparıcı rolundan, ölkəmiz tərəfindən iqlim dəyişikliyinin təsirləri ilə milli, regional və qlobal səviyyələrdə mübarizə istiqamətində göstərilən səylərdən, BMT təsisatları ilə iqlim dəyişikliyi sahəsində əməkdaşlığın vacibliyindən, iqtisadi fəaliyyətlərin inkişafında ətraf mühit amillərinin təşviqi sahəsində görülən işlərdən bəhs etdilər.
1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı, yazıçı- ekoloq Bəxtiyar Hüseynov “Yaşil dünya naminə” kitabını kollecin direktoru Kamran Kazımova və biologiya müəllimi Aygün Səfərovaya hədiyyə etdi.
Tədbirdə Astara Pedaqoji Kollektivinin il ərzində “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la bağlı Rayonda keçirilən müxtəlif tədbirlərdə, o cümlədən rayon və kollec ərazisində müxtəlif vaxtlarada keçirilən ağacəkmə kompaniyasında fəal iştirakı xüsusilə qeyd olundu.
Bugünkü tədbir də Astara Pedaqoji Kollecinin ərazisində ağacəkmə aksiyası ilə başa çatdı.