“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Təmiz Enerji, Dayanıqlı İnkişaf: Yaşıl İqtisadiyyata Baxış” mövzusunda tədbir

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar   “Təmiz Enerji,  Dayanıqlı İnkişaf: Yaşıl İqtisadiyyata Baxış” mövzusunda tədbir
15 oktyabr 2024-cü il tarixində Astara Pedaqoji Kollecində “İqtisadiyyat fənləri” FBK-nın sədri Şamil Qənbərov və “İqtisadiyyat fənləri” FBK-nın müəllimi Ağazadə Ağabacı tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Təmiz Enerji, Dayanıqlı İnkişaf: Yaşıl İqtisadiyyata Baxış” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə çıxış edənlər yaşıl iqtisadiyyatda bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsindən, yaşıl iqtisadiyyatın faydalarından, həmçinin yeni iqtisadi imkanlar yaratmaq potensialından bəhs edərək bildirdilər ki, bərpa olunan enerji mənbələrinə qoyulan investisiyalar, karbon izinin azalmasına xidmət etməklə yanaşı, ölkəmizin iqtisadi inkişafına böyük töhfələr verəcəkdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.
 

https://www.facebook.com/share/v/mD4yaP5j37R1Pnve/