Kollecdə “COP29” mövzusunda məşğələ

Avtomatik qaralama

14 oktyabr 2024-cü il tarixində Astara Pedaqoji Kollecində “Kimya və biologiya” FBK-nın sədri Nisa Əskərova tərəfindən “COP29” mövzusunda məşğələ keçirildi. Nisa Əskərova COP29-un Azərbaycanda keçirilməsindən, ölkəmizin Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibi kimi seçilməsindən, qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan bir dövlət kimi özünü tanıtmasından, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən iqlim dəyişikliklərindən, hava şəraitinin kəskin dəyişməsi və təbii fəlakətlərin daha da artması ilə müşahidə olunan qlobal probemlərdən və bu istiqamətdə dünya dövlətlərinin qarşısında duran vəzifələrdən bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdı.