21 may 2024-cü il tarixində Astara Pedaqoji Kollecində Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş “Könül mülkünün sultanı” adlı ədəbi-bədii yubiley tədbiri keçirilmişdir. Tədbiri giriş sğzü ilə açan kollecin direktoru, fil.e.d. Kamran Kazımov məclis iştirakçılarını salamlamış, dövrünün bir sıra ictimai və fəlsəfi məsələlərini yüksək formada öz əsərlərində əks etdirən, Yaxın Şərq xalqlarının bədii idrakının zirvəsi olan, XVI əsr ədəbiyyatının möhtəşəm abidələrini yaradan Məhəmməd Füzulinin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yeri olduğunu vurğulamışdır. Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsi milli mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illiyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olmuşdur. Füzulinin 530 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamından irəli gələn tədbirlər əsasında, biz, xalqımızın böyük şairi Məhəmməd Füzuli yaradıcılığı ilə bir daha tanış olacaq, onun əsərlərini öyrənəcək və Füzuli sənətini istər gənc nəslə, istərsə də bütün dünyaya bir daha tanıdacağıq. Füzulinin isə bir şair kimi buna haqqı vardır. Tədbirdə Astara şəhər 1 saylı məktəbin direktoru, kollecin İctimai şura üzvü Xədicə Əliyeva, Astara şəhər Şüvi kənd orta məktəbinin direktoru, kollecin İctimai şura üzvü Adil Rzayev çıxış edərək şairin yubileyinin kollec tələbələrinin iştirakı ilə keçirilməsinin gənclərin milli-mənəvi sərvətlərimizə, klassik irsimizə olan marağını artıracağına əminliyini vurğulayıblar. Kollecin tələbələri Füzuli yaradıcılığından nümunələr səsləndirmişlər. Tədbirdə Lənkəran şəhər C.Cabbarlı adına 1 saylı uşaq musiqi məktəbinin və Astara şəhər O.Kazımi adına uşaq musiqi məktəbiinin musiqili qonaqları şairin qəzəlləri əsasında muğam parçaları ifa etmişlər. Tədbirdə, eyni zamanda, görkəmli bəstəkar Cahangir Cahangirovun “Füzuli kantatası” səsləndirilmiş, şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunmuşdur.